Jurnalistlərin xidməti vəsiqə və ya arayışla hərəkətinə icazə verilir

Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin çoxsaylı müraciətlərini nəzərə alaraq xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən KİV əməkdaşlarının xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə icazə verilir”.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr  şöbəsinin müdiri Elnur Niftəliyev bildirib: “Bir daha bildirmək istəyirik ki, bütün bu qərarlar ölkədə virus təhlükəsinin minimuma endirilməsi üçün qəbul edilir. Bir daha vətəndaşlarımızdan zəruri olmadığı hallarda öz yaşayış yerlərini tərk etməməsi və xüsusi karantin vəziyətini nəzərə alaraq sui istifadə hallarına yol verməməsi xahiş olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstan aclıq təhlükəsi ilə üzləşə bilər

Sonrakı məqalə

İtaliyada son sutkada koronavirusdan 766 nəfər ölüb