“Kənd təsərrüfatı neftdən daha gəlirlidir”- Lukaşenko neçə milyard qazandıqlarını açıqladı

“Belarus 8,3 milyard dollarlıq ərzaq sata bilib”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib

Onun fikrincə, kənd təsərrüfatına investisiya neft ticarətindən daha sərfəlidir.

“Neft rentabelliyi kənd təsərrüfatı kimi təmin etmir. Neft ümumiyyətlə, plintusun altına düşüb. Ərzaq məhsulları isə 8,3 milyard dollara satılıb”, – Lukaşenko qeyd edib.

Belarus prezidenti deyib ki, özü də xaricdən gətirilən məhsullardan daha çox yerli məhsullardan istifadə etməyə üstünlük verir.

Lukaşenko əlavə edib ki, kənd təsərrüfatının inkişafı faydalıdır, çünki dünya əhalisi getdikcə artır və daha çox ərzaq tələb olunur.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.