Kəlbəcərdə baş vermiş mina partlayışı ilə bağlı son məlumat açıqlanıb. AzPost xəbər verir ki, minaya düşən traktorçunun vəziyyəti hazırda stabildir.
Hadisə rayonun Susuzluq kəndi ərazisində qeydə alınıb. Belə ki, kəndarası yolun çəkilişi zamanı “Avtoqreyder” markalı traktor minaya düşüb.
Nəticədə 32 yaşlı Rəşadət Əsədov müxtəlif dərəcəli xəsarətlər alıb və dərhal Kəlbəcər rayon xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata əsasən, zərərçəkənin vəziyyəti hazırda normaldır və həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki, hadisə ötən gün baş verib və mina partlayışı ilə bağlı ərazidə aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Əlavə məlumatlar rəsmi qurumlar tərəfindən ictimaiyyətə təqdim ediləcək.
Bu cür mina təhlükəsinin hələ də bölgədə davam etməsi yerli əhali və əraziyə ezam olunan işçi heyəti üçün ciddi təhlükə yaradır.