Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçular həkimlərin nəzarəti altındadır.

“Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır”, – deyə MN-dən bildirilib.

Əvvəlki məqalə

Türkmənistanda məmurlara məcburi şəkildə “Sərdar” saatları satılır

Sonrakı məqalə

Daha 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib