Kənan Quluzadəyə yüksək vəzifə verildi

Kənan
Kənan

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsinin icrası Kənan Quluzadəyə tapşırılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət alan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev müvafiq əmr imzalayıb.

Nağıyevin müvafiq əmri ilə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə Aparat rəhbəri vəzifəsini də icra edəcək.

Dövlət Turizm Agentliyindən xəbəri təsdiqləyiblər.

Xatırladaq ki, Fuad Nağıyevin rəhbərlik etdiyi agentlikdə xidməti yazışmaların sızdırıldığı bildirilib. Bu ilin mart ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Fuad Nağıyevə şiddətli töhmət verilib. Hadisədən sonra qurumun Aparat rəhbəri Kənan Qasımov vəzifədən azad edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.