İspaniya vitse-çempionu “Real Madrid”in fransız hücumçusu Kilian Mbappe sosial media hesabında komandasının Çempionlar Liqasından kənarlaşdırılması ilə bağlı paylaşım edib.
Azpost.info bildirir ki, “Kral Klubu” dörddəbir final oyununda Almaniya çempionu “Bayern Münhen”ə (1-2, 3-4) məğlub olub.
“Sona qədər mübarizə apardıq, amma bu, kifayət deyildi. Belə vacib turnirdən kənarda qalmaq adamı incidir, amma gələcəyə baxmalıyıq. Belə məyusluqdan qaçmaq üçün özümüz haqqında diqqətlə düşünməliyik. Heç vaxt təslim olmayacağıq.
“Real Madrid”də uğursuzluq heç vaxt mümkün olmayıb. Söz verirəm ki, yenidən qalib gəlməyə başlayacağıq”, – deyə Mbappe yazıb.
“Bayern” Çempionlar Liqasının yarımfinalında Fransa çempionu PSJ ilə qarşılaşacaq.