“Əsir götürməyin, güllələyin!”- Kadırov komandirlərə göstəriş verdi

Ukraynanın Çeçenistanda Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə dron hücumundan sonra təslim olan ukraynalı əsgərlər əsir götürülməməlidir. Cəbhədəki çeçen döyüşçüləri onları məhv etməlidirlər.

Azpost.info xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov deyib.

“Bu gün mən cəbhə xəttində olan bütün komandirlərə göstəriş verdim: əsir götürməyin, məhv edin və döyüşü daha da gücləndirin. Onlar çeçenlərin öz hərbi imkanlarını necə artıra biləcəklərini başa düşsünlər”, – Kadırov bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri xüsusi təyinatlılar universitetini cəbhə üçün 50 minə yaxın əsgər hazırladığı üçün hədəf seçib.

“Çeçen döyüşçülərini bu yolla qorxutmaq istədilər, lakin bunun əvəzinə çeçenlər döyüş bölgəsində səylərini ikiqat artıracaqlar. Onlar bizi dişlədi, biz onları məhv edəcəyik”, – Kadırov qeyd edib.

Oktyabrın 29-da səhər tezdən Ukraynaya məxsus PUA ilk dəfə Çeçenistan ərazisinə hücum edərək xüsusi təyinatlıların universitet binasını vurub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.