Kadırovun oğlu “Şeyx Mansur” batalyonunun kuratoru təyin edildi

Çeçenistan lideri Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Rusiya Müdafiə Nazirliyinin tərkibində Şeyx Mansur adına çeçen batalyonunun kuratoru təyin edilib.

Azpost.info xəbər verir ki, bunu Çeçenistan parlamentinin spikeri Maqomed Daudov bildirib.

“Adam Kadırova mühüm vəzifə həvalə olunub: bundan sonra o, Rusiya Müdafiə Nazirliyinin tərkibindəki döyüşə hazır bölmələrdən birinə nəzarət edəcək”, – Daudov qeyd edib.

O, ümid etdiyini bildirib ki, Kadırovun oğlu batalyonun şəxsi heyətinə verilən tapşırıqların səmərəli şəkildə yerinə yetirilməsi üçün lazım olan hər şeyi edəcək.

Daudovun sözlərinə görə, kiçik Kadırov “Şeyx Mansur batalyonunun ulduzu” ilə təltif edilib.

Oktyabrın sonunda yaradılan Şeyx Mansur batalyonuna Şimal batalyonunun keçmiş komandir müavini, rusiyalı siyasətçi Boris Nemtsovun qətlində əli olduğu iddia edilən Ruslan Geremeyev rəhbərlik edir. Şeyx Mansur özü 1785-1791-ci illərdə Şimali Qafqazda xalq-azadlıq hərəkatının rəhbəri olub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.