Kafe və restoran sahiblərinin dövriyyəsi artıb

Yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 24,9 faiz artaraq 569,2 milyon manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,6 faizi hüquqi şəxslərin, 49,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 29,6 faiz artaraq 285,1 milyon manat təşkil edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.