Kaliforniyanın qubernatoru Trampı məhkəməyə verəcək

Kaliforniya ştatının qubernatoru Qevin Nyusom Tramp Administrasiyasını məhkəməyə verəcək.

AZƏRTAC-ın məlumatına görə, Qevin Nyusom ABŞ Prezidenti Donald Trampın etiraz aksiyaları ilə bağlı Milli Qvardiyanın əsgərlərini Los-Ancelesə göndərməsinə etiraz olaraq bu addımı atacaq. Demokratlar Partiyasından olan qubernator bu addımı qeyri-leqal, qeyri-əxlaqi və konstitusiya əleyhinə hərəkət adlandırıb. O bildirib ki, Prezident belə bir əmr verməzdən əvvəl ştatın qubernatoru ilə razılşdırmalı idi.

Sonuncu dəfə ABŞ-da Prezident 1965-ci ildə qubernatorun icazəsi olmadan Milli Qvardiyadan istifadə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.