Avropa İttifaqının diplomatiya rəhbəri Kaja Kallas üzv ölkələri Rusiyaya qarşı təzyiqləri gücləndirməyə çağırıb. AzPost xəbər verir ki, Kallas bu yanaşmanın Ukraynada gedən müharibənin daha tez bitməsinə kömək edə biləcəyini düşünür.
“Biz bu münaqişəni dayandırmaq üçün Rusiyaya ən güclü beynəlxalq təzyiqi göstərməliyik”, – deyə o, X sosial şəbəkəsindəki paylaşımında bildirib.
Kremldən isə məsələyə münasibət sərt olub. Rusiya rəsmiləri bildiriblər ki, xarici dövlətlərin təzyiqləri nəticə verməyəcək və Moskva öz mövqeyindən geri çəkilmək fikrində deyil.
Rusiya prezidenti Vladimir Putin də məsələ ilə bağlı açıqlama verib. O qeyd edib ki, Ukrayna ilə bağlı danışıqlar yalnız münaqişənin əsas səbəbləri aradan qaldırıldıqdan sonra mümkün ola bilər.
Putinin fikrincə, Aİ və Qərb ölkələrinin mövcud yanaşması sülhə xidmət etmir, əksinə vəziyyəti daha da mürəkkəbləşdirir.