“Kamala Harrisin ətrafında birləşmək və Trampı məğlub etmək vaxtıdır”- SOROS

Amerikalı maliyyəçi Corc Sorosun oğlu Aleksandr ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Birləşmiş Ştatlarının prezidentliyinə namizədliyini dəstəkləyib.

Azpost.info xəbər verir ki, Aleksandr Soros X sosial şəbəkəsində Kamala Harrisi dəstəklədiyini yazıb.

“Kamala Harrisin ətrafında birləşmək və Donald Trampı məğlub etmək vaxtıdır. Yaşasın Amerika arzusu!”, – o qeyd edib.

A.Sorosun sözlərinə görə, Harris hazırda mövcud olan ən yaxşı və ən bacarıqlı namizəddir.

Bazar günü, iyulun 21-də Co Bayden ikinci müddətə yenidən seçilmək üçün namizədliyindən imtina etdiyini və vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəklədiyini açıqlayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.