Kamil Zeynallı Ermənistanın sorğusu əsasında Moskvada saxlanılıb-VİDEO

Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılıb. 

Bu barədə o, özü instaqram sosial hesabında videogörüntü yayıb.

Videogörüntüdə K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını söyləyib.

K.Zeynallı bildirib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, sabah məhkəməyə çıxarılacağını söyləyib.

K. Zeynallı onu da bildirib ki, polislər ona Ermənistana təhvil verilə biləcəyini də söyləyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.