Kanada Rusiyadan bu məhsulların idxalına qadağa qoydu- SİYAHI

Kanada Rusiyadan alüminium və polad məhsullarının idxalına qadağa qoyub.

Azpost.info xəbər verir ki, bu barədə Kanadanın Maliyyə Nazirliyi məlumat yayıb.

Baş nazirin müavini və maliyyə naziri Kristia Friland da Kanadanın Rusiyadan alüminium və polad məhsullarının idxalını qadağan etdiyini açıqlayıb.

Qadağa Rusiyadakı bütün alüminium məhsullarına, o cümlədən qab-qacaq və digər məişət əşyalarına şamil edilir. Dəmir, ərinməmiş polad, yarımfabrikatların və hazır məhsulların, o cümlədən boruların idxalı da qadağandır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.