Kanada Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova və “DXR”in baş naziri Vitali Xotsenkoya qarşı sanksiyalar tətbiq edib.
Azpost.info xəbər verir ki, “Rostex”ə daxil olan Rusiyanın “Avtomatika” konserni də sanksiyalara məruz qalıb.
“Bu cür tədbirlər ciddi beynəlxalq böhrana səbəb olan, beynəlxalq sülh və təhlükəsizliyin ciddi şəkildə pozulmasına töhfə verən şəxslərə və müəssisələrə qarşı həyata keçirilib”, – Kanada hökumətindən bildiriblər.
Azpost.info