Kansler xaricdə təxribat əməliyyatına icazə verən qanun layihəsi hazırlayıb

Mertz
Mertz

Almaniya kansleri Fridrix Merzin ofisi Federal Kəşfiyyat Xidmətinə (BND) digər ölkələrdə təxribat əməliyyatları aparmaq hüququ verən qanun layihəsi hazırlayıb.

AzPost bildirir ki, bu barədə “Die Süddeutsche Zeitung” (SZ) əlində olan sənədə istinadən xəbər verir.

“Bu o deməkdir ki, Almaniyanı müdafiə etmək üçün aktiv tədbirlərə icazə veriləcək. Məsələn, düşmənin silahlı qüvvələrini zəiflətmək üçün təxribat və ya silah sistemlərini sıradan çıxarmaq üçün kiber əməliyyatlar təşkil edilə bilər”, – deyə qəzet izah edir.

Hazırda BND yalnız məlumat toplamaq və təhlil etmək səlahiyyətinə malikdir. Lakin indi  Almaniya kəşfiyyat orqanlarına fəaliyyətləri üçün zəruri hallarda cinayət məsuliyyətinə cəlb edilə bilən hərəkətlər etməyə icazə veriləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.