Kapital Bank müştərisindən komissiya narazılığı- Bankdan rəsmi açıqlama

Kapital Bank
Kapital Bank

Kapital Bank müştərisinin bankdan narazılığı sosial şəbəkələrdə və onlayn platformalarda müzakirə mövzusuna çevrilib. AzPost xəbər verir ki, vətəndaş Star kart vasitəsilə nağd pul çıxararkən hesabına əlavə komissiya tutulduğunu bildirib.

Şikayətçi qeyd edib ki, əvvəllər kartdan pul çəkib ayın sonunadək ödənişi həyata keçirəndə heç bir əlavə ödəniş tutulmurdu. Lakin mayın 20-də 500 manat nağdlaşdırma zamanı 5 manat komissiya tutulub. Vətəndaş məsələ ilə bağlı bankın 196 qaynar xəttinə müraciət etdiyini, ona mayın 2-dən yeni qərarın qüvvəyə mindiyi bildirildiyini deyib.

Müştəri həmçinin irad tutub ki, belə dəyişiklik barədə əvvəlcədən kart istifadəçilərinə xəbərdarlıq olunmalı idi. “Deyirlər mobil tətbiqdə bildiriş göndərilib, amma mən baxdım, heç bir xəbərdarlıq yoxdur. Bəlkə heç mən bu şərtlərlə razı olmayacağam,” — deyə vətəndaş bildirib.

Kapital Bank isə məsələyə münasibət bildirib. Rəsmi açıqlamada qeyd olunur ki, 02.05.2025 tarixindən etibarən Birbank Star kartlarının kredit xətti ilə həyata keçirilən nağdlaşdırma, köçürmə və digər maliyyə əməliyyatlarına 1% komissiya tətbiq edilir. Bank əlavə edib ki, bu dəyişiklik MCC kodları 6012, 6050, 6051, 6538 və 6540 olan əməliyyatlara şamil olunur.

Bank rəsmiləri bildiriblər ki, müştərilərin məlumatlandırılması üçün 18 mart 2025-ci il tarixində Birbank mobil tətbiqi vasitəsilə bildiriş göndərilib.

Qeyd edək ki, mövcud qaydalara əsasən, banklar hər hansı tarif və şərt dəyişikliklərini istifadəçilərə əvvəlcədən bildirməyə borcludur. Müştərilər isə oxşar hallarda kart və xidmət şərtlərini yenidən nəzərdən keçirməyi tövsiyə edirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.