Kapital Bank-ın Hacıqabul filialında yaşandığı iddia edilən hadisə müştəri məmnuniyyəti ilə bağlı sualları yenidən gündəmə gətirib.
AzPost xəbər verir ki, Əhəd adlı istifadəçi sosial şəbəkədə paylaşdığı fikirdə hesab rekvizitlərini götürmək üçün banka müraciət etdiyini bildirib. Onun sözlərinə görə, proses zamanı kredit kartı – “Star Kart” təqdim olunub və bunun məcburi olduğu bildirilib.
İstifadəçi qeyd edir ki, onun yanında olan digər müştəri kartı istəmədiyini desə də, bank əməkdaşı “sorğu gəlibsə, məcburidir” cavabını verib. Həmçinin 1 ay sonra gəlib kartı bağlaya biləcəkləri qeyd olunub. İddia olunur ki, məsələ xüsusilə bank prosedurlarından tam məlumatlı olmayan şəxslər üçün çətin vəziyyət yaradır. Paylaşım müəllifi bunu narazılıq doğuran hal kimi qiymətləndirib və belə yanaşmanın düzgün olmadığını vurğulayıb.
Məsələ ilə bağlı bankın rəsmi mövqeyini dərc etməyə hazırıq.