Kapital bankdan kredit götürdü, yarısı qədər faiz gəldi

Kapital Bank
Kapital Bank

Sosial şəbəkələrdə Birbank tətbiqi ilə bağlı növbəti müştəri narazılığı yayılıb. AzPost xəbər verir ki, vətəndaş Rizvan Əliyev qısa müddətlik götürdüyü kreditə görə hesabından əlavə vəsait tutulduğunu iddia edib.

Onun sözlərinə görə, gecə saatlarında karta vəsait yükləmək mümkün olmadığı üçün Birbank vasitəsilə 5 manatlıq kredit götürüb. Lakin əməliyyatdan sonra hesabında 7 manat borc görünüb.

İstifadəçi qeyd edir ki, ertəsi gün hesabından əlavə 49 qəpik də tutulub və ümumi borc məbləği 7,49 manata yüksəlib. Əliyev bunun gözlənilməz olduğunu bildirib:

“Götürdüyüm 5 manatın yarısı qədər bir günə borc yazıldı. Ehtiyat etdim ki, belə davam etsə, axırda evi satıb borcu qaytarmalı olacağam”, – deyə o ironik şəkildə bildirib.

Rizvan Əliyev borcu dərhal ödədiyini, lakin yenidən tutulma ola biləcəyi ilə bağlı narahat qaldığını deyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.