Həyatda olan yeganə sabiq Respublikaçı prezident Corc Buş çərşənbə günü ABŞ Kapitolisinə “zorakı hücumu” pisləyib.
Prezident Donald Tramp tərəfdarlarının yaratdığı çaxnaşma prezident seçilən Co Baydenin qələbəsini təsdiq edən Konqresin fasilə verməsinə və azı bir nəfərin ölümünə səbəb olub.
“Bəzi siyasi liderlərimizin seçkidən bəri ehtiyatsız davranışı və təsisatlarımıza, ənənələrimizə və hüquq-mühafizə orqanlarımıza göstərilən hörmətsizlik məni dəhşətə gətirir,”-Corc Buş yazılı açıqlamasında bildirib.
“Kapitoliyə zorakı hücum – və Konqresin Konstitusiyaya müvafiq qaydada təşkil etdiyi iclasın dağılması – hissiyatları yalan və yalançı ümidlərlə alovlanan insanlar tərəfindən həyata keçirilib,” -deyə, o, Trampın adını çəkmədən bildirib.
Buş çərşənbə axşamı Tramp tərəfdarlarından ibarət kütlənin hərəkətlərini pisləyən bir neçə tanınmış Respublikaçıdan biridir.