“Kapitoliyə zorakı hücum məni dəhşətə gətirir”-Corc Buş Trampı "yalançı" adlandırdı

Həyatda olan yeganə sabiq Respublikaçı prezident Corc Buş çərşənbə günü ABŞ Kapitolisinə “zorakı hücumu” pisləyib.

Prezident Donald Tramp tərəfdarlarının yaratdığı çaxnaşma prezident seçilən Co Baydenin qələbəsini təsdiq edən Konqresin fasilə verməsinə və azı bir nəfərin ölümünə səbəb olub.

“Bəzi siyasi liderlərimizin seçkidən bəri ehtiyatsız davranışı və təsisatlarımıza, ənənələrimizə və hüquq-mühafizə orqanlarımıza göstərilən hörmətsizlik məni dəhşətə gətirir,”-Corc Buş yazılı açıqlamasında bildirib.

“Kapitoliyə zorakı hücum – və Konqresin Konstitusiyaya müvafiq qaydada təşkil etdiyi iclasın dağılması – hissiyatları yalan və yalançı ümidlərlə alovlanan insanlar tərəfindən həyata keçirilib,” -deyə, o, Trampın adını çəkmədən bildirib.

Buş çərşənbə axşamı Tramp tərəfdarlarından ibarət kütlənin hərəkətlərini pisləyən bir neçə tanınmış Respublikaçıdan biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

12 ölkə Azərbaycanın Avropa İttifaqının peyvəndləmə proqramına daxil olunmasını təklif edib

Sonrakı məqalə

“Microsoft” ölmüş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradır