“Karantində olan şəxslərdə virusla bağlı pozitiv nəticə yoxdur” –Operativ Qərargah

“Karantində olan şəxslərin sayı ilə bağlı dəqiq məlumat vermək çətindir”. 

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib.

Ancaq xüsusilə bildirmək istəyirik ki, sərhədlərimizdə vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb. Vətəndaşlarımız artıq geri dönüblər və hal-hazırda kütləvi axın yoxdur. Lakin karantin müddəti bitməyən şəxslərin müşahidə altında saxlanılması davam edir. Bugünkü gündə bu saata qədər karantində olan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə yoxdur. Əgər hər hansı şəxsdə pozitiv nəticə qeyd olunarsa, bu barədə ictimaiyyət mütləq məlumatlandırılacaq. Koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hal-hazırda stabildir, heç bir ağırlaşması yoxdur, dəstəkverici müalicəsi davam edir”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir