Karantini pozub polisə tabe olmayan narkoman 40 gün həbs edilib

Paytaxtın Sabuçu rayonunda xüsusi karantin rejimi qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxs saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

Bakı şəhər BPİ mətbuat xidmətindən verilən məlumata görə, Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Tural Abbasov narkotik vasitələrin təsiri altında münaqişəli vəziyyət yaratdığına görə onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci maddələri ilə 40 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

18 və 19 iyun tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olundu

Sonrakı məqalə

AZAL Bakı və İstanbul arasında uçuşların sayını həftədə 4 dəfə edir