Vilayət Eyvazov polis əməkdaşının dəfnində iştirak edib –FOTO

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis əməkdaşı Elçin Səfərovla vida mərasimində iştirak edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərərsizləşdirərkən onun üzərində olan qumbaranı partlatması nəticəsində Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilən E.Səfərov bütün tibbi müdaxilələrə baxmayaraq avqustun 5-də vəfat edib. Polis əməkdaşı ilə vida mərasimində Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.
“Onun əziz xatirəsi, xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaq. Yaxınlarına, doğmalarına Allahdan səbr diləyirik! Allah rəhmət eləsin!”, – deyə DİN-dən bildirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir