Karqo şirkətləri xaricdən alınan telefonların ölkəyə gətirilməkdən imtina ediblər

Karqo şirkətləri xaricdən mobil telefonların ölkəyə gətirilməsindən kütləvi şəkildə imtina ediblər. Hətta bununla bağlı əksər kargo şirkətləri eyni anda sosial şəbəkə hesablarında paylaşımlar edərək, müştərilərini məlumatlandırıblar.

AzPost xəbər verir ki, bəzi şirkətlər bunun rəhbərliyin qərarı olduğunu bildirsə də, bəziləri səbəbi açıqlamadan, hazırda mobil telefon gətirməyin mümkün olmadığını deyir.

Kargo şirkətlərinin belə bir məhdudiyyət qoymasının səbəbini əvvəlcə özlərindən soruşduq.Onlar bu məsələ ilə bağlı nədənsə, danışmaq istəmədiklərini bildirdilər.

Elektron ticarət məsələləri üzrə ekspert Nicat Manafov deyir ki, kargo şirkətlərinin bəziləri mobil telefon daşımasına qoyulan məhdudiyyəti Amerika və Çin gömürüyündəki yoxlamalarla əlaqələndiriblər. /Xezerxeber.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.