Kartdan oğurlanan pulu geri qaytarmaq olar?- AÇIQLAMA

Kartdan oğurlanan pulu qaytarmaq
Kartdan oğurlanan pulu qaytarmaq

Kartdan oğurlanan pulu qaytarmaq olar

Kart vasitəsi ilə ödənişlərin geniş yayılması fırıldaqçıların artmasına gətirib çıxarıb. Artıq çox insan bank kartlarında pul saxlanılmasını təhlükəli hesab edirlər.

Bu cür hallarla qarşılaşmağın səbəbi ehtiyatsızlıq və etimaddan sui-istifadə etməkdir.

Belə hallarla rastlaşmamaq üçün nə etmək lazımdır?

Azmedia.Az xəbər verir ki, məsələ ilə bağlı banklar üzrə ekspert Emin Kərimov açıqlama verib:

“Əgər kartımızdan hər hansı vəsait oğurlansa, dərhal polisə müraciət etmək lazımdır. Eyni zamanda xidmət aldığımız banka bildirib kartımızı bloklamalıyıq. Karta pulun qaytarılması artıq hüquq müstəvisində həyata keçirilir. İlk növbədə bu dələduzluq edən şəxs aşkarlanır, onların vəsaiti hansı hesablara köçürməsi bank tərəfindən müəyyənləşdirilir. Qanuna uyğun dərəcədə pul geri qaytarılır”.

Bəs bu kiber hücumlar xaricdən baş versə necə?

“Əgər kibercinyəti törədən şəxs xaricdə yaşayırsa, bu zaman beynəlxalq maliyyə tənzimləmələri vasitəsi ilə pulun geri alınması tələb oluna bilər. Kartdan oğurlanan vəsait bir neçə banka köçürüldükdə onun geri qaytarılması prosesi də uzanır. Bu zaman həmişə pulu geri qaytarmaq mümkün olmur. Bir neçə banka köçürülən pul sonra nəğdləşdirilsə bu zaman pulu geri qaytarmaq olmur”.

Kartdan oğurlanan pulu qaytarmaq olar?

Qeyd edək ki, oğurlanan pulun məbləğindən asılı olmayaraq hər kəs hüquq-mühafizə orqanlarına müraciət etməlidir.

Xatırlatma

Mərkəzi Bankın məlumatına görə, bu şəxslər xarici ölkələrdə yaşayan, əhalinin psixologiyasına bələd olan şəxslərdir, hansı ki, hətta bu əməlləri ilə bağlı artıq məhkumluq həyatı da yaşayıblar və bazar barədə kifayət qədər  məlumatlıdırlar.

“Hansısa bankın adından müştəriyə zəng daxil olunubsa, hansısa məlumatlar tələb edilirsə və müştəridə öz-özlüyündə şübhə yaradırsa, dərhal həmin şəxs dəstəyi asmalı və bankla özü əlaqə saxlamalıdır. Müştəri zəngin məzmunu ilə bağlı məlumatları verdikdə bank özü də təhlükəsizlik xidmətlərini gücləndirmiş olur. Ümumilikdə, bankın kart məlumatlarını istəməsi şübhəli haldır. Çünki bank müştəriyə kartı həmin məlumatları üçüncü tərəfə açıqlamamaq şərti ilə təqdim edir. Belə olduğu halda bankın özünün geri dönüş edib bu məlumatları müştəridən istəməsi sual doğurur. Çünki bu məlumatlar onsuz da bankın sistemində var”.

Hansı halda oğurlanan pullar geri qaytarıla bilər?

“Hər bir hadisə ayrılıqda araşdırılır. Bəzən bu məbləğ qaytarılır. Çünki vəsait köçürülərkən əməliyyat icra olunur, vəsait dərhal hesabdan silinmir. Əgər müştəri bundan xəbər tutubsa və banka müraciət edibsə, vəsait bloklanır. Bank qarşı tərəfə sorğu göndərməklə hadisəni araşdırıb vəsaiti karta geri qaytara bilir. Amma müştəri özü haqqında bütün eyniləşdirmə məlumatlarını qarşı tərəfə veribsə, bu əməliyyat tamamilə müştəri tərəfindən həyata keçirilmiş kimi görünür”.

Bank kartı məlumatlarının və vəsaitin oğurlanmasında müştərinin günahı yoxdursa, vəsaiti geri qaytarmaq mümkün olur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.