1980-ci ildə adi metal detektor siqnalı avtobusda yaşayan bir kişinin bütün həyatını dəyişdi.
Azpost.info bildirir ki, 26 sentyabr 1980-ci ildə Kevin Hillier Avstraliyanın Viktoriya şəhərindəki keçmiş Kingover Dövlət Məktəbinin yaxınlığındakı meşəlik ərazini araşdırırdı. Bir anda onun metal detektoru qeyri-adi bir tapıntıya səbəb olan siqnal işə saldı. Təxminən 30 santimetr dərinlikdə o, “İnam əli” adlandırılan nəhəng bir qızıl külçə tapdı. Onun çəkisi 27,21 kiloqram, uzunluğu təxminən 47 santimetr, eni isə 20 santimetr idi.
Avtobusda yaşayan kasıb Kevin
Belindən ciddi zədə almış Kevin əməliyyat olunmuşdu. Həkimi ona reabilitasiya üçün müntəzəm olaraq gəzməyi tövsiyə etmişdi. Ailə bu gəzintini biznesə birləşdirmək üçün qızıl axtarışı ilə məşğul olmağa qərar verdi.
Hillier ailəsi 6 nəfərdən (Kevin, həyat yoldaşı Bep və dörd uşağı) ibarət idi. Çox ciddi maddi çətinlik çəkirdilər. Şəxsi evləri belə olmayan bu ailə köhnə avtobusda yaşayırdı. Kevin sığorta pulları hesabına bazardan ən son cihazı – Garrett metal detektorunu alır.
Məlumata görə, tapıntı günü ərəfəsində Kevin yuxuda yerdən çıxarmaq mümkün olmayan nəhəng bir qızıl külçə tapdığını görür.

Xəzinə necə tapılıb?
26 sentyabr 1980-ci ildə Kingover ərazisində (doğma şəhərləri Wedderburn yaxınlığında) Kevin detektoru ilə daha bir gəzintiyə çıxır. Bir neçə saat gəzdikdən sonra o və həyat yoldaşı şəhərə qayıtmaq qərarına gəlirlər. Elə qayıtmaq üzrə olanda detektor çox güclü, lakin qəribə bir siqnal verir.
Səs o qədər yüksək idi ki, Kevin əvvəlcə detektorun qırıldığını və ya paslı dəmir parçasının və ya köhnə təkərin spiralın altına ilişdiyini düşünür. Hətta keçib getmək istəyir. Amma ani qərarla yeri yoxlamaq qərarına gəldi.
Təxminən 30 santimetr torpaq qazdıqdan sonra Kevin sarı metalın kənar hissənin çıxdığını görür. Külçə şaquli şəkildə yerin altında idi. Cütlük daha dərin qazdıqca qızıl tükənmirdi, əksinə daha da böyüyürdü. Kevinin belindəki zədə səbəbindən qazma fiziki cəhətdən çətin idi. 27 kiloqramlıq nəhəng qızıl külçəsinin çıxarılması bir neçə saat çəkir. Tapıntını maşına yükləyir və bir ay sonra mətbuat konfransında rəsmi olaraq təqdim etdilər.
Bundan sonra ailə kasıblığın daşını atır və həmişəlik rahat bir həyat təmin etdilər.
Gözlənilməz kəşf ailəsinin vəziyyətini əhəmiyyətli dərəcədə dəyişdirdi. 1981-ci ildə külçə Las Vegasdakı Golden Nugget Hotel and Casino tərəfindən 1 milyon dollara alındı. O vaxtdan bəri orada ictimaiyyətə nümayiş etdirilir.
Bu kəşf metal detektorla indiyə qədər tapılan ən böyük qızıl külçə oldu. Bu rekord hələ də qüvvədədir.
Bütün məlum tapıntılar arasında yalnız 1869-cu ildə Avstraliyada tapılan təxminən 72 kiloqram ağırlığında olan əfsanəvi Welcome Stranger külçəsi Kevinin tapdığı qızıldan daha böyük olub.
Sunay Aydın