Kasıb ölkələr üçün koronavirusa qarşı ucuz vaksin hazırlanır

23 Noyabr 2020 - 09:52

ABŞ və bütün Qərb aləmi Qərb şirkətlərinin istehsal edəcəyi vaksini gözləyir.  Bir qədər əvvəl dünyanın məşhur tibb şirkətləri şirkətləri – «Pfizer Inc.» və «Moderna Inc.»in koronavirusa qarşı vaksinin uğurlu sınaqları Covid-19-a qarşı vaksinin tezliklə ortaya çıxması ilə bağlı ümidləri artırıb.

Amma dünyanın əksər ölkələri, ABŞ kimi varlı ölkələr istisna olmaqla, hesab edir ki, onları koronavirus böhranından başqa şirkət çıxaracaq.

Yaxın günlərdə «AstraZeneca Plc» şirkətinin hazırladığı vaksinin sınaqlarının nəticələri açıqlanacaq. Orta və aşağı gəlirli ölkələr bu sınaqların nəticələrini gözləyirlər.

Oksford universitetinin apardığı araşdırmaya görə, dünya ölkələrinin 40%-i məhzu bu şirkətin hazırladığı vaksini gözləyirlər.

Bu maraq səbəbsiz deyil. Artıq məlumdur ki, «Astra»nın vaksini «Pfizer»in hazırladığı vaksindən qat-qat ucuz olacaq və Hindistandan tutmuş Braziliyaya qədər müxtəlif ölkələrdə istehsal olunacaq.  Bu vaksinldəri qablaşdırmaq və daşımaq da asandır, nəinki indiyədək olanları. Məsələn artıq məlumdur ki, «Pfizer»in hazırladığı vaksini daşımaq üçün super aşağı temperaturda saxlamaq lazımdır.

Ekspertlər bildirir ki, aşağı gəlirləli ölkələr üçün «Astra» vaksinindən çox şey asılıdır.  Belə ölkələr artıq indidən həmin vaksini almaq üçün milyardlarla dozalıq müqavilələr bağlayıblar.

İndiyədək açıqlanan rəqəmlərə əsasən «Astra» şirkəti vaksinin satışı barədə bağlanan müqavilələr üzrə liderdir. Belə ki, «Astra» vaksininin alınması üçün indiyədək 3,2 milyard dozalıq müqavilə bağlanılıb. Bunların 800 milyonu ABŞ və Avropanın, 2,4 milyard doza isə digər ölkələrin payına düşür. Ümumilikdə «Astra»nın vaksinlərini 50 ölkə almağa hazırlaşır. Bunlar Latın Amerikası, Afrika, Yaxın Şərq, Asiya və Şərqi Avropa və başqalarıdır.

İkinci yeri tutan «Novavax» vaksini üzrə 1,4 milyard dozalıq müqavilə bağlanılıb.

Sonrakı yerləri «J&J» (1,3 mlrd), «Sanofi/Glaxo» (1,2 mlrd), «Pfizer» (1,1 mlrd), «Moderna» (777 milyon), «Sputnik V» (537 milyon) doza və başqaları tutur.

Əslində «Pfizer»in vaksinlərinin istifadəyə verilməsinə demək olar ki, başlanılıb. Noyabrın 20-də şirkət ABŞ hökumətinə müraciət edib ki, fəvqəladı vəziyyətlərdə bu vaksindən istifadə edilsin və artıq dekabrın ortalarından «Pfizer»in vaksinləri vurulmağa başlayacaq.

Amma məsələ bundadır ki, bu vaksinlərin alınması üçün varlı ölkələr daha əvvəl sifvriş verdiyinə görə, nisbətən7 kasıb ölkələrə növbə hələ gec çatacaq. Digər tərəfdən onlar daha bahalıdır. Ona görə də dünyanın böyük hissəsi «AstraZeneca», «Novavax Inc.» və Jonson&Jonson»u gözləyir.

İngiltərənin Kil universitetinin mütəxəssisi Mark Ekklston-Terner bildirir ki, dünya əhalisinin böyük hissəsi aşağı və orta gəlirlidir. Ona görə də vaksinin hansı qiymətə satılması korronavirusun yayılması baxımından vacibdir.

Doğrudur, kasıb ölkələrə kömək üçün yaradılan «Covax» proqramı artıq onlarla ölkədən dəstək almaqla kasıb ölkələrə göndərmək üçün 700 milyon dozalıq müqavilələr bağlayıb.

«AstraZeneca» da bu proqrama qoşulub və onun çərçivəsində vaksinin birini 3 dollardan satmağa razılaşıb.

Qiymət üstünlüyü hər şeyi həll edir

«Astra» vaksininə üstünlük verilməsinin əsas səbəbi onun ilkin qiymətidir. «Astra»nın rəhbərliyi bəyan edib ki, koronavirusa qarşı vaksin hazırlanması və satışından mənfəət əldə etmək niyyətində deyil və vaksinin bir dozasını 4-5 dollara satacaq. Hərçənd, mütəxəssislər narahatdırlar ki, belə şirkətlər mənfiyə düşsələr işləyə biləcəklərmi?

Müqayisə üçün bildirək ki, iyul ayında ABŞ-da «Pfizer/BioNTech» vaksininin qiymətinin 19,5 dollar, ikiqat immunlaşma üzrə isə 39 dollar olacağı açıqlanmışdı. «BioNTech» elan edib ki, bu qiymət inkişaf etmiş ölkələr üçün etalon ola bilər. «Moderna» isə bəyan edib ki, vaksinin hər dozasını 32-37 dollardan satacaq. Qiymət alışın həcmindən asılı olaraq dəyişəcək.

«Human Rights Watch»ın mütəxəssisləri bildirir ki, belə qiymətlər vaksini dünyadakı insanların əksəriyyəti üçün əlçatmaz edir.

Yeri gəlmişkən, Avropa Birliyinə vaksin satışı üzrə danışıqlarda iştirak edən məmurlardan biri «Reuters»ə bildirib ki, Birlik üçün bir doza 15,5 dollara çatılacaq. 300 milyon dozalıq partiya üçün bu 4,65 milyard dollar deməkdir.

Onlarla müqayisədə 4-5 dollarlıq «Astra» vaksini daha əlçatandır.

«Astra-Oxford» vaksininin başqaları qarşısında – xüsusilə də kasıb və orta gəlirli ölkələr üçün – daha bir üstünlüyü var.  Ekklston-Ternerin sözlərinə görə, belə vaksini daşımaq və saxlamaq daha asan olacaq. Məsələ bundadır ki, ilkin məlumatlara görə «Astra»nın vaksinini sadə soyuducudakı temperaturda saxlamaq olar, halbıki «Pfizer» və «Moderna»nın vaksinləri daha uzunmüddətli dondurma və daşıma texnologiyaları tələb edir.

Məhz buna görə, ölkələrin əksəriyyəti «Astra»nın və Çindəki digər şirkətlərin sınaqlarının cavablarını gözləyir. Rusiya da özünün yeni «Sputnik V» vaksinini Hindistan və Braziliya da istehsal etmək istəyir.