Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun üçüncü dalğası barədə xəbərdarlıq edib

Hazırda Avropa ölkələri lazımi infrastrukturu qurmasalar, gələn ilin əvvəlində onları koronavirusun üçüncü dalğası gözləyir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Devid Nabarronun xəbərdarlıq edib.

Bildirib ki, Avropa koronavirusun birinci dalğasını nəzarət altına almağı bacarıb, ancaq ikincinin qarşısını ala bilməyib. “Onlar yay aylarında lazımi infrastrukturu qurmaq imkanını qaçırdılar”, – deyə D.Nabarro qeyd edib.

ÜST rəsmisi həmçinin vurğulayıb ki, Qərbi Avropa ölkələri qarşısında yenidən virusu nəzarət altına almaq vəzifəsi dayanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nobel mükafatçısı Gəncəyə raket hucumunda valideynlərini itirimiş qızın təhsil haqqı üçün pul göndərib

Sonrakı məqalə

Kasıb ölkələr üçün koronavirusa qarşı ucuz vaksin hazırlanır