Kaxovka su elektrik stansiyasının dağılması nəticəsində dəymiş ziyan təqribən 14 milyard dollardır.
Azpost.info info xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev bildirib.
Makeyevin sözlərinə görə, bioloji resursların itirilməsi nəticəsində balıq sənayesinə dəyən ziyan ciddi olacaq.
Səfir bildirib ki, artıq Xerson vilayətində balıqların tələfatı qeydə alınıb.
Azpost.info
