Keçmiş deputat Araz Əlizadə koronavirusa yoluxub –Xəstəxanaya aparıldı

Keçmiş deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə koronavirusa yoluxub.

A.Əlizadə “Yeni klinika”ya yerləşdirilib.

Onun həyat yoldaşı da COVID-19-a yoluxub.

Keçmiş deputatın köməkçisi olmuş Günel Babayeva APA-ya açıqlamasında faktı təsdiqləyib. G. Babayeva bildirib ki, A. Əlizadənin vəziyyəti stabildir, müalicəsi “Yeni klinika”da davam etdirilir. A. Əlizadənin həyat yoldaşının vəziyyəti isə yaxşıdır, sabah evə buraxılması gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şəxsi tanışlığım yoxdur, Allah xeyir versin” –

Sonrakı məqalə

Zakir Həsənov Hülusi Akara başsağlığı verib