Keçmiş işçisi Hesablama Palatasını məhkəməyə verib

Hesablama Palatası

Hesablama Palatası məhkəməyə verilib.

Azpost.info xəbər verir ki, iddiaçı Mustafazadə Günel Yalçın qızı adlı şəxsdir.

İddia Bakı İnzibati Məhkəməsinin hakimi Mehriban Qarayevanın icraatındadır. Əldə etdiyimiz məlumata görə, Günel Mustafazadə Hesablama Palatanın işçısı olub. Bir müddət əvvəl işdən çıxarılıb. Günel Mustafazadə işdən çıxarılmasını əsassız hesab etdiyi üçün məhkəməyə müraciət edərək işə bərpa tələbi ilə iddia qaldırıb.

Hesablama Palatası 7 dekabr 2001-ci ildən fəaliyyət göstərir. Hazırda qurumun sədri Vüqar Gülməmmədovdur. O, 2013-cü ildən bu vəzifədədir.

Abbas

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.