Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı öldü –FOTO

Vəfat
Vəfat

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyində təmsil olunan şəxslərin müflis etdiyi iş adamı İbrahim Zeynalov vəfat edib.

AzPost xəbər verir ki, bu barədə Teleqraf-a mərhumun yaxınları məlumat veriblər.

İ.Zeynalov Neftçala rayonunun Bankə qəsəbəsində yaşadığı vaqonda, 76 yaşında dünyasını dəyişib.

Keçmiş iş adamının xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, o, Prezident Administrasiyasının İşlər İdarəsinin nəzdində olan “Buzovna əkinçilik, heyvandarlıq və südçülük Sovxozu”nda uzun illər direktor işləyib. 2007-ci ildə Bakıda sintetik xalça fabriki açıb. Elə həmin ərəfədə MTN tərəfindən saxlanılıb, 8 milyon manat pulu hədə-qorxu yolu ilə ələ keçirilib.

Bundan sonra müflis olan İ.Zeynalov son illər Neftçala rayonundakı vaqonda yaşayırdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.