Keçmiş səfir Qarabağdan danışdı:“ABŞ böyük imkanlara malikdir”

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ABŞ-ın imkanları genişdir və ABŞ Prezidenti riskli görünən siyasi addımlar atmaq üçün münaqişə tərəflərinə yardım edə bilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Mətyu Brayza söyləyib.

M.Brayza deyib: “Keçmiş həmsədr kimi, deyə bilərəm ki, ABŞ münaqişənin nizamlanması istiqamətində böyük imkanlara malikdir. ABŞ Prezidenti tərəfindən münaqişənin həlli üçün bir qədər maraq da var və bu işdə yardım edə bilər”.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir