“Kia” və “Hyundai” bu tarixədək Rusiyanı tərk edəcəklər

“Cənubi Koreyanın avtomobil istehsalçıları “Kia” və “Hyundai” 2023-cü ilin sonuna qədər Rusiyadakı bizneslərini tamamilə dayandıracaqlar”.

Azpost.info xəbər verir ki, bu barədə “Mash” məlumatlı mənbələrə istinadən yazıb.

Mənbənin sözlərinə görə, populyar modellər (məsələn, “Kia Rio”) artıq satışda deyil. Paytaxt salonlarından birində Kia modelini – Cerato 2022-ni 3 milyon rubla satırlar.

Məşhur “Hyundai modelləri” (Solaris, Elanta və Sonata) də salonlardan yoxa çıxıb. 4,5 milyon rubldan başlayan şişirdilmiş qiymət etiketinə yalnız ciplər qalıb.

Mənbələr bildirirlər ki, sanksiyalar səbəbindən “Kia” və “Hyundai” artıq Rusiyaya tədarük təmin edə bilmirlər və paralel idxal üzrə məzənnə gözləntiləri doğrultmayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.