Kikboksinq üzrə Türkiyə çempionatında idmançının kənarlaşdırılması ilə başlayan mübahisə davaya çevrilib. AzPost Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı biri hakim olmaqla 2 nəfər yaralanıb, 2 nəfər polis bölməsinə aparılıb.
Antalyada keçirilən Kikboksinq Çempionatında başlayan mübahisə davaya çevrilib. İddialara görə, bir idmançının yarışda iştirakdan kənarlaşdırılması nəticəsində yaranan mübahisədən sonra xaos yaranıb.
Təpik və yumruq zərbələri ilə baş verən davada aralarında hakim də daxil olmaqla 2 nəfər yaralanıb, 2 nəfər isə polis bölməsinə aparılıb.
Xatırladaq ki, yanvarın 22-də Çempionlar Liqasının əsas mərhələsinin “Benfika” – “Barselona” oyunundan sonra futbolçular arasında kütləvi dava düşüb.
Belə ki, oyun bitdikdən sonra tribunaların altındakı ərazidə başlayan mübahisə tuneldə davam edib.
Hətta məsələyə təhlükəsizlik və polis əməkdaşları da müdaxilə etməli olublar.
Qeyd edək ki, oyun “Barselona”nın 5:4 hesablı əzmkar qələbəsi ilə başa çatıb.