“Kim Çen In Putinlə görüşmək üçün Rusiyaya zirehli qatarla gələcək”- “The New York Times”

Şimali Koreya lideri Kim Çen In sentyabrda Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya səfər etməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Nəşr adı çəkilməyən ABŞ rəsmilərinə istinadən xəbər verir ki, səfərdə Rusiyaya daha çox silah tədarükünün mümkünlüyü və hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq. İddialara görə, Şimali Koreya Rusiyadan ona peyk və nüvə sualtı qayıqları üçün qabaqcıl texnologiyalar, eləcə də ərzaq yardımı istəyir.

O da qeyd olunur ki, Şimali Koreya lideri Putinlə Vladivostokda sentyabrın 10-13-nə planlaşdırılan Şərq İqtisadi Forumunda görüşə bilər.

Kim Çen Inın Rusiyaya zirehli qatarla gələcəyi bildirilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.