“Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In sağdır”.
Bu barədə CNN telekanalına Koreya Respublikası Prezidentinin diplomatiya və milli təhlükəsizlik işləri üzrə xüsusi müşaviri Mun Con In məlumat verib.
“Hökumətimizin mövqeyi dəyişməyib. Kim Çen In sağ və salamatdır. O, 13 aprel tarixindən Vonsana rayonundadır. Hərəkət qrafikində hansısa şübhəli məqam olmayıb”, – deyə Mun Con In bildirib.
Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikasının lideri aprelin 11-də daxili siyasətlər məsələləri üzrə Əmək Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclasını keçirdikdən sonra ictimaiyyət qarşısına çıxmayıb.