Şimali Koreya lideri Kim Çen In ölkənin əsas müdafiə zavodlarından birinə baş çəkib və orada yeni tapançanın istehsal prosesini yoxlayıb.
Azpost.info bildirir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
“Kim Çen In Partiya Mərkəzi Hərbi Komissiyası tərəfindən təsdiq edilmiş dizayn planına uyğun olaraq yeni tapança istehsalına başlayan zavodu yoxlayıb”, – deyə məlumatda bildirilir.
Kim Çen In yeni silahın performans xüsusiyyətlərini şəxsən sınaqdan keçirmək qərarına gəlib. O, zavodun atış poliqonuna gedib və orada hədəf atışları keçirib.