“Kim Çen In yata bilmir, alkoqol və tütünə aludə olub”- Cənubi Koreya kəşfiyyatı

“Şimali Koreya lideri Kim Çen In yatmaqda çətinlik çəkir və təxminən 140 kiloqram çəkisi var”.

Azpost.info xəbər verir ki, Cənubi Koreya kəşfiyyatının direktoru Kim Ke Hen bu məlumatların süni intellektdən istifadə etməklə əldə edildiyini deyib.

“Kəşfiyyat məlumatlarına görə, Şimali Koreya lideri alkoqol və tütünə getdikcə daha çox aludə olur”, – “Renhap” agentliyi kəşfiyyat direktoruna istinadən yazır.

Cənubi Koreya kəşfiyyatının rəhbəri onu da qeyd edib ki, ötən ilin sonundan Kim Çen Inın əllərində tez-tez cızıqlar və qançırlar görünür ki, bu da stress nəticəsində yaranan allergiya və dermatitə işarə edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.