Kim Çen Inın ölümü ilə bağlı məlumatlara cavab verildi

Şimali Koreya lideri Kim Çen Inın ölümü ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

Bloomberg”in verdiyi məlumata əsasən, bu barədə Koreya Dostluq Assosiasiyasının rəhbəri, diplomat Alexandro Kao de Benos bildirib.

“Bizim marşalımızın ölümü barədə şayiələr yalan və qərəzlidir”, – o qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl KXDR liderinin ölümü ilə bağlı məlumatı “New York Post” nəşri yaymışdı. Jurnalistlər materiallarında Honqkonqun HKSTV peyk agentliyinə istinad etmişdilər. Agentlik isə öz növbəsində bu məlumatı mötəbər mənbədən aldığını iddia edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan atəşkəsi 23 dəfə pozub

Sonrakı məqalə

Sabah Bakıda hava küləkli olacaq-