Kim Ki Duk koronavirusdan vəfat edib

11 Dekabr 2020 - 15:02

Cənubi Koreya rejissoru Kim Ki Duk vəfat edib.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, 59 yaşlı Kim Ki Duk Latviyada vəfat edib.

Rejissorun koronovirusdan öldüyü bildirilir.

Kim Ki Duk noyabrın 20-də Latviyaya gedib və dekabrın 5-dən heç kəslə əlaqə saxlamayıb. 

Onun Latviyaya ev almaq və orada yaşamaq üçün getdiyi vurğulanır.

O, Gərilmiş yay”, “Yaz, yay, payız, qış…”, “Boş ev”, “Pyeta”, “Mebius” kimi filmlərin müəllifidir.