Kim Ki Duk koronavirusdan vəfat edib

Cənubi Koreya rejissoru Kim Ki Duk vəfat edib.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, 59 yaşlı Kim Ki Duk Latviyada vəfat edib.

Rejissorun koronovirusdan öldüyü bildirilir.

Kim Ki Duk noyabrın 20-də Latviyaya gedib və dekabrın 5-dən heç kəslə əlaqə saxlamayıb. 

Onun Latviyaya ev almaq və orada yaşamaq üçün getdiyi vurğulanır.

O, Gərilmiş yay”, “Yaz, yay, payız, qış…”, “Boş ev”, “Pyeta”, “Mebius” kimi filmlərin müəllifidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Daha 35 şəhid ailəsi və Qarabağ müharibəsi əlili yeni fərdi evlərlə təmin edilib

Sonrakı məqalə