Azərbaycanda son sutkada 933 nəfər COVID-19-a yoluxub –7 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 933 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 243424 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 231894 nəfər müalicə olunaraq sağalıb, 3314 nəfər vəfat edib, aktiv xəstə sayı 8216 nəfərdir.

Ölkədə son sutka ərzində 10 188, hazırkı dövrədək isə  2 746 681 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Kim mənə nə deyirsə, onun özü elədir” –

Sonrakı məqalə

Azərbaycanda “Britaniya ştammı”na yoluxanlardan ikisi kişi, biri qadındır