Kimlər lavaş yeyə bilməz? –HƏKİM RƏYİ

Lavaş buğda unundan bişirilir. Buğda unu isə zərərli sayılan karbohidratlar siyahısında yer alır.

Azpost.info “Gazeta.ru”ya istinadən bildirir ki, bu barədə endokrinoloq Natalya Antonova deyib.

Həkimin sözlərinə görə, bu səbəbdən məhsul qlütenə qarşı dözümsüzlüyü olan insanlar üçün uyğun deyil.

Bundan əlavə, lavaş yüksək glisemik indeksə malikdir. Hər gün lavaş yemək şəkərli diabet xəstələri üçün təhlükəlidir.

Lavaş artıq çəkili insanların pəhrizində də məhdudlaşdırılmalıdır: “Belə insanlar onu həftədə 2 dəfədən çox olmamaqla, lavaş arasına aşağı kalorili qida- məsələn, toyuq, hinduşka filesi, tərəvəzlər bükərək yeməlidirlər“- ekspert bildirib.

Endokrinoloqun sözlərinə görə, lavaşı ancaq nahardan əvvəl yemək lazımdır. Bu, bədənin sürətli karbohidratlardan azad olmasına kömək edəcək və əlavə çəki almaqdan qoruyacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.