Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına sədr təyin edilib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Şuranın sədri vəzifəsinə təyin olunub.
Cəmil Quliyev 2020-ci ildən Azərbaycan Dövlət Film Fondunun direktorudur. 2005-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına, 2018-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.