Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Kinoya baxarkən beyin necə işləyir? –

User 17 Yanvar 2026 - 20:00 (Last updated: 17 Yanvar 2026 - 11:57)
kino

Massaçusets Texnologiya İnstitutunun yeni araşdırmasına görə, filmlərə baxarkən insan beynində mürəkkəb fəaliyyət nümunələri yaranır.

AZƏRTAC xarici mediaya istinadla məlumatına görə, araşdırmada istifadə edilən funksional MRT beyin skanları göstərib ki, beyin 24 fərqli şəbəkə və bölgə ilə səhnədən-səhnəyə dəyişir, filmin məzmununa uyğun olaraq müxtəlif fəaliyyətləri həyata keçirir.

Beynin “icra nəzarəti” şəbəkələri — yəni planlaşdırma, problemlərin həlli və məlumatın prioritetləşdirilməsi ilə məşğul olan bölgələr — filmin məzmunu çətin və ya qeyri-müəyyən olduqda işə düşür. Əksinə, daha asan başa düşülən səhnələr zamanı beyin yalnız xüsusi funksiyaları olan bölgələri aktivləşdirir. Məsələn, dil sahələri yalnız aydın söhbətlər zamanı aktivləşir. Bu haqda aparıcı tədqiqatçı Dr. Rajimehr bildirib ki, asan başa düşülən səhnələr zamanı dil sahələri aktiv olur, lakin mürəkkəb və qeyri-müəyyən kontekstlərdə beyin ümumi icra nəzarəti sahələrindən istifadə edir.

Tədqiqatda “Inception”, “The Social Network” və “Evdə Tək” kimi filmlərdən seçilmiş bir saatlıq qısa kliplərə baxan 176 gəncin beyin fəaliyyəti süni intellekt vasitəsilə təhlil edilib. Beyin şəbəkələri, filmin səhnə-səhnə məzmunu ilə əlaqələndirilərək insanların üz tanıma, hərəkəti izləmə, obyekt və məkanları müəyyənləşdirmə, nitq emalı və sosial qarşılıqlı əlaqə kimi müxtəlif fəaliyyətlərdə necə reaksiya verdikləri izlənilib.

Bu araşdırma beynin müxtəlif sahə və şəbəkələrinin təbii şəraitdə planını yaratmağa ilk cəhd kimi qiymətləndirilir. Rajimehr qeyd edib ki, araşdırma “Neuron” jurnalında yayımlanıb: “Film stimulu vasitəsilə biz fərqli beyin şəbəkələrinin filmin müxtəlif aspektlərinə necə reaksiya verdiyini öyrənə bilirik. Gələcək tədqiqatlar isə beyin şəbəkəsi funksiyalarının fərdlər arasında necə fərqləndiyini araşdırmağa yönələcək. Hər bir fərdin xəritəsi onun davranış profili ilə əlaqələndirilərək hər bir fərdin unikal beyin fəaliyyət xəritəsi yaradılacaq. Biz hər bir film səhnəsinin məzmununun bu şəbəkələri necə idarə etdiyini daha dərindən araşdırırıq, o cümlədən semantik və sosial kontekstlərdə insanların və fon səhnəsi arasındakı əlaqəni tədqiq edirik”.

AzPost.az

Post navigation

Previous: Dərmansız baş ağrısından qurtulmağın təbii yolları
Next: Evə həm hava, həm də ruhi rahatlıq gətirən 7 möcüzəvi bitki

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Rusiya Türkiyənin S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq ehtimalı ilə bağlı Ankara ilə dialoqun sakit və qarşılıqlı...
Read more about Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı
Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur futbol siya
  • İdman

Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur

User 20 Noyabr 2026 - 22:48
İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı olum vefat
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı

User 20 Noyabr 2026 - 20:00
Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma Pəhriz
  • Maraqlı

Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma

User 20 Noyabr 2026 - 19:45
ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.