Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Kipr türklərinə yaxın münasibətinə görə Prezident İlham Əliyevə səmimi-qəlbdən minnətdaram

Orkhan Ali 19 İyul 2024 - 17:54 (Last updated: 21 May 2025 - 20:15)
17213909311405952572_1200x630

Lefkoşa Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə Azərbaycan arasında münasibətlərin inkişafından çox məmnundur.

Bu barədə ŞKTC-nin Prezidenti Ersin Tatar Lefkoşaya Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhməramlı əməliyyata başlamasının 50-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün gələn Azərbaycan nümayəndə heyəti ilə görüşdə bildirib.

ŞKTC Prezidentinin iqamətgahında keçirilən görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası qrupun rəhbəri Əhliman Əmiraslanov, millət vəkilləri Musa Quliyev, Fatma Yıldırım, Hikmət Babaoğlu və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev iştirak ediblər.

ŞKTC Prezidenti bu yaxınlarda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirakını xatırladaraq qeyd edib ki, Şuşaya Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə səfər edib.

“ŞKTC-nin Şuşadakı Zirvə görüşündə müstəqil dövlət qismində iştirakı, Qarabağda digər türk dövlətlərinin bayraqları ilə yanaşı dalğalanan bayrağımız bütün dünya ictimaiyyətinə verilən açıq-aydın mesaj oldu”, -deyə Tatar vurğulayıb.

Siyasətçi rəsmi Bakının Lefkoşa ilə əlaqələrin dəstəklənməsinə dair mövqeyini yüksək qiymətləndirib. “Türkiyə və Azərbaycanın dəstəyi mövqelərimizi gücləndirir. Kipr türklərinə yaxın münasibətinə görə Prezident İlham Əliyevə səmimi-qəlbdən minnətdaram”, -deyə ŞKTC-nin Prezidenti bildirib.

O xatırladıb ki, 44-günlük Vətən müharibəsi dövründə Kipr türkləri qardaş Azərbaycana dəstək olaraq dua ediblər.

Tatar erməni işğalından azad edilmiş Azərbaycan ərazilərini ziyarət etmək imkanından məmnunluğunu ifadə edib. “Türkiyə, ŞKTC və Azərbaycan “Bir millət, üç dövlət” prinsipinə riayət edirlər”, – deyən siyasətçi iki ölkənin parlamentlərarası əlaqələrinin daha da dərinləşməsinə ümidvar olduğunu bildirib.

Azərbaycan nümayəndə heyətinin üzvləri ŞKTC-ni ziyarət etməkdən məmnun olduqlarını bildiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev xatırladıb ki, ŞKTC-nin Bakıdakı nümayəndəliyi hələ 1997-ci ildə, Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə açılıb.

O vurğulayıb ki, Heydər Əliyev ŞKTC-nin də tərkib hissəsi olduğu Türk dünyası ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verirdi. “Ümummilli Lider tərəfindən əsası qoyulmuş kurs Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün Lefkoşada olduğumuz və ŞKTC-də qardaşlarımızın sevincini bölüşdüyümüz üçün qürur duyuruq. Bu, təkcə Kipr türkləri üçün deyil, həm də bütün Türk dünyası üçün bayramdır”, – deyə V.Hacıyev qeyd edib(azərtac).

Post navigation

Previous: Yasamalda sürücü maşını qəsdən dərəyə aşırıb? –
Next: “Cənubi Qafqaz regionunda istənilən geosiyasi dəyişikliyin əleyhinəyik”

Oxşar xəbərlər

ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.