Kişi tutuquşuları girov götürdü, qadınla görüş tələb etdi

Yaponiyada bir kişi dörd tutuquşunu girov götürərək sahibini onunla şəxsən görüşməyə məcbur edib.

Azpost.info bildirir ki, Sora News-un məlumatına görə, qadın əvvəllər tanıdığı bir kişidən bir neçə mesaj aldığını bildirib. Mesajlarda kişi onun evə qayıtmasını tələb edib. O, həmçinin ev heyvanlarını təzyiq göstərməsi ilə hədələyib.

Qadının sözlərinə görə, mesajlarda onun tutuquşuları xilas etmək üçün evə qayıtmaqdan başqa yolu olmadığı bildirilirdi.

Kişi daha sonra telefonla üzr istəsə, quşlara “aman verməyə” hazır olduğunu bildirib. Qadın onun tələblərini rədd edib və hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.

Polis əməkdaşları ünvana gəlib şübhəlini saxlayıblar. Hakimiyyət orqanları tutuquşuların vəziyyətini dəqiqləşdirməyib və hadisənin digər təfərrüatlarını açıqlamayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.