“Kitab dükanlarını və kitabxanaları açın!” –Şahbaz Xuduoğlu Operativ Qərargaha müraciət etdi

“Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Operativ Qərargaha müraciət edib.

“Kitab dükanlarının açılacağını gözləyirdim. Yalnız mən yox, kitabçılar, naşirlər, yazarlar, ölkəmizin mədəni həyatını düşünən insanlar və əlbəttə ki, azlıqda qalan oxucular.

Bilmirəm, Qərargahın elitası kitab dükanlarına gedibmi? Kitab dükanına gedib ordan kitab alıbmı? Kitabxanalara necə, getmisizmi, köhnəlmiş, üstü yazılı partalar arxasında oturub kitab oxumusunuzmu? Yaxud içində qeydiyyat kartı olan və o kartın üstündə sizdən əvvəlki oxucunun adı, soyadı olan kitabları evinizə götürmüsünüzmü?

Əgər sizlər bunları etmisinizsə, o zaman kitab dükanları və kitabxanaları açmalısınız. Bütün yazarlar, naşirlər, kitabçılar, oxucular sizə müraciət edir. Kitab dükanlarını və kitabxanaları açın!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“AMEA-da vaksinlə məşğul olan iki laboratoriya fəaliyyət göstərir” –

Sonrakı məqalə

Nazirlik yeni dərs ilində tədrisin təşkili haqda məlumat yaydı-